Hər hansı neqativ düşüncənin daimi düşünmək, nahar edərkən, yol gedərkən, hətta gecə yatarkən bu haqda düşünmək, “bunu niyə belə etdim”, “bunu kaş belə etməyəydim” demək. Bu kimi halların yaşanmasına “ruminasiya” deyilir. Adətən, təşvişli, narahat, hər şeydən ehtiyat edən, qorxaq, işində gərgin olan, ailəsində problem olan insanlarda müşahidə olunur. Və əksər hallarda depressiyalarla, neqativ pozuntularla, qidalanma pozuntuları ilə və nevroz xəstəliyi ilə nəticələnir.
Dr. Mehdi Səlimli