Aİ artıq heç kimdən asılı ola bilməz. Qrenlandiya ətrafındakı vəziyyət göstərir ki, Avropa özünü ABŞ, Çin və Rusiyadan iqtisadi cəhətdən azad etməlidir. Bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Belçikada keçirilən qeyri-rəsmi Aİ sammitindən əvvəl bildirib.
“Biz ticarətin təzyiq vasitəsi kimi istifadə edildiyini görürük. Məsələn, ABŞ Danimarka Krallığı ilə Qrenlandiyanın gələcəyi ilə bağlı fikir ayrılığı olduqda, onlar Avropaya qarşı ticarət müharibəsi ilə hədələyirlər. Buna görə də, biz heç kimdən asılı ola bilmərik”, – deyə baş nazir bildirib. “Biz heç vaxt başqalarından, heç vaxt Rusiya neft və qazından asılı olmamalı idik. Və yeni texnologiyalar üçün özümüzü Çindən asılı vəziyyətə salmağımız da səhvdir”.
Fevralın 12-də keçiriləcək sammitdə Aİ-nin rəqabət qabiliyyətinin gücləndirilməsi müzakirə olunacaq. Danimarka hesab edir ki, Aİ qismən ABŞ və Çindən başqa ölkələrlə ticarət əlaqələrini gücləndirməklə daha müstəqil ola bilər. (Tass)
