Avqust 19, 2026-9:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Daşkənddə “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb

2025:12:05 - 15:00
in İQTİSADİYYAT
A A
Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, açılış mərasimində “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, layihə komandalarının üzvləri, eləcə də layihənin ərsəyə gəlməsinə töhfə verən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Çıxışlarda “Üstyurt” Əməliyyat Şirkətinin geoloji-kəşfiyyat potensialının inkişafına, bu sahədə qabaqcıl texnologiyaların tətbiqinə və regionun enerji dayanıqlığının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Bildirilib ki, şirkətin yaradılması və ofisin açılması Azərbaycan və Özbəkistan arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir. İki ölkə başçısının siyasi iradəsi və ali dövlət səviyyəsində dəstək bu kimi mühüm layihələrin həyata keçirilməsi və onların uğurlu icrasına zəmin yaradır.

Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

Operator şirkətin ofisinin istifadəyə verilməsi layihənin aktiv əməliyyat mərhələsinə keçdiyini göstərir. Qısa müddət ərzində zəruri hazırlıq işləri yerinə yetirilib: operator qeydiyyatdan keçirilib, vacib lisenziyalar əldə olunub və geoloji-kəşfiyyat işlərinin başlanmasına dair prosedurlar icra olunub.

Əvvəlki Yazı

Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq

Növbəti Yazı

Ramiliya Əliyeva: Süni intellektin lisenziyalaşdırılması media üçün qlobal məsələyə çevriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.