İyun 30, 2026-19:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Daşkəsən kobaltının emalına dair yeni tədqiqat işi çapdan çıxıb

2026:02:19 - 17:00
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşı Nailə Yusifovanın “Daşkəsən yatağının kobalttərkibli filizinin emalı” adlı kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, nəşr Daşkəsən yatağının kobalttərkibli filizlərindən metalın səmərəli çıxarılması istiqamətində aparılan kompleks tədqiqatlara həsr olunub. Kitabda kobaltın filizlərdən ayrılmasının optimal şəraiti, həmçinin sulfid filizlərinin emal məhsullarından kobalt birləşmələrinin alınmasının kimyəvi qanunauyğunluqları geniş şərh edilib. Müəllif tədqiqat prosesində həm pirometallurgiya, həm də hidrometallurgiya üsullarından istifadə edərək yeni texnoloji yanaşmalar təklif edib.

Kitabda kobalt filizinin və onun emal məhsullarının kimyəvi-mineraloji analizləri təqdim olunur, xammalın mineral turşularda həllolma dinamikası və termiki parçalanma prosesinin kinetik qanunauyğunluqları araşdırılır. Xüsusilə kobaltın ammonium xloridlə emalının optimal şəraiti və məhlullardan ekstraksiya üsulu ilə ayrılması metodları elmi əsaslarla izah edilib. Yeni texnologiyaların tətbiqi vasitəsilə kobaltın onu müşayiət edən digər metallardan təmiz şəkildə ayrılması imkanları tədqiqatın əsas istiqamətlərindən biridir.

Yeni nəşr metallurgiya sahəsində çalışan mütəxəssislər, eləcə də ali məktəb tələbələri və doktorantlar üçün dəyərli vəsaitdir.

Əvvəlki Yazı

Azərbaycan alma ixracından gəlirini 20 %-ə yaxın artırıb

Növbəti Yazı

İsveç Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 1,42 milyard dollar ayıracaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.