İyun 24, 2026-4:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı sərəncam dövlətin vətəndaşın arxasında dayandığını göstərdi – RƏY

2026:04:30 - 12:45
in SİYASƏT
A A
Mart və aprel aylarında intensiv yağışlar, eləcə də sel daşqınları nəticəsində mülki əhaliyə, eləcə də bir çox infrastruktura ciddi ziyan dəyməsi səbəbindən Prezident İlham Əliyevin sərəncamı ilə bu fəsadların aradan qaldırılması üçün 86 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsait vasitəsilə qeyd edilən fəsadların aradan qaldırılması, infrastrukturun bərpası, vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli addımlar atılacaq.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, sərəncam bir daha ölkə prezidentinin Azərbaycan vətəndaşlarına olan diqqətinin, qayğısının nümunəsidir:

“Buna görə də, vətəndaş artıq tam əmindir ki, onun arxasında dövləti var. Dövlət heç vaxt vətəndaşı problemlərlə tək qoymur. Vaxtaşırı baş vermiş təbii fəlakətlər zamanı ölkə prezidenti tərəfindən daim vətəndaşlara dəstək olunub. Pandemiya dövründə də, Zaqatala, Şamaxı və digər rayonlarda zəlzələ baş verəndə də həm prezident İlham Əliyev, həm də birinci vitse-prezident Mehriban Əliyeva vətəndaşların yanında oldular. Bütövlükdə ölkədə həyata keçirilən siyasətin ən birinci ünvanı Azərbaycan vətəndaşı, onun sosial rifahının yüksəldilməsi, rifahının artırılması, təhlükəsizliyinin təmin edilməsidir”.

Aydın Hüseynov

A.Hüseynov vurğulayıb ki, ayrılan vəsait kifayət qədərdir:

“Hesab edirəm ki, həm son aylarda yaranmış problemlər aradan qaldıracaq, həm də gələcəkdə ehtimal olunan proseslərin ciddi fəsadlara səbəb olmamasına imkan verəcək. Müxtəlif qurumlara ayrılan vəsaitlər bütövlükdə yaranmış gərginliyi və problemi aradan qaldırmağa kifayət edəcək”.

Deputat Naqif Həmzəyevin fikrincə, sərəncamın ən mühüm müsbət cəhətlərindən biri onun operativliyidir:

“Sel hadisəsinin baş verdiyi günlərə nisbətən qısa müddətdə imzalanmış bu sənəd, dövlətin fövqəladə hallara reaksiya vermə sürətini açıq şəkildə nümayiş etdirir. Sərəncam həm paytaxt Bakını, həm də ucqar kəndlər də daxil olmaqla müxtəlif bölgələri əhatə edir. Bu, ölkə daxilindəki regional bərabərlik prinsipinə riayət edilməsi baxımından əhəmiyyətlidir”.

Deputat vurğulayıb ki, sənəd vətəndaşlara dəymiş zərərə görə yardım edilməsi baxımından çox əhəmiyyətlidir:

Naqif Həmzəyev

“Yalnız bina tikintisi ilə deyil, insanların həyat şəraitinin bərpası ilə məşğul olunur. Keşlə qəsəbəsindəki 61 evə zərərin ödənilməsi, məişət əşyalarının kompensasiyası nəzərdə tutulub. Sökülmüş evlərin sakinlərinə 3 aylıq kirayə haqqı bank xərcləri daxil olmaqla ödəniləcək. Tamamilə məhv olmuş evlərin sakinlərinə birdəfəlik maddi yardım müəyyən edilib.

Ümumilikdə qeyd etməliyik ki, sərəncam yalnız dağıntıların aradan qaldırılmasına yönəlmir bəzi maddələr gələcək risklərin azaldılmasına da xidmət edir. Bütün bu kompleks yanaşma sənədi adi bərpa sərəncamlarından fərqləndirir”.

Deputat Azər Badamov mart və aprel aylarında baş verən sel və daşqınları xatırladaraq diqqətə çatdırıb ki, təbiət hadisələrinin qarşısını almaq mümkün olmasa da, bu istiqamətdə dövlət tərəfindən ciddi addımlar da atılmalıdır:

“Bununla ziyanın əhatə dairəsinin daha da genişlənməsi önlənə bilir. Həmin hadisələrdə də Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində infrastrukturun dərhal bərpası, yolların, körpülərin və elektrik obyektlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər dərhal görülməyə başlanıldı.

Ölkə başçısı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və fəsadların aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verdi. Ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi istiqamətində işlərə başlanıldı. Əsas prioritet məsələlərdən biri əhalinin təhlükəsizliyinin təmin edilməsi idi və koordinasiyalı fəaliyyət nəticəsində bu istiqamətdə operativ nəticələr əldə olundu”.

Azər Badamov

Deputat söyləyib ki, görülən işlərin davamlılığının təmin edilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün də müvafiq addımlar atılmalı idi:

“Bu baxımdan Prezidentin müvafiq sərəncamı vaxtında atılmış və təqdirəlayiq addımdır. Bu, bir daha göstərir ki, dövlət vətəndaşların mənafeyini qoruyur, onların sosial rifahına xidmət edir və dəymiş maddi ziyanın aradan qaldırılmasını təmin edir. Ayrılan vəsait zərər çəkmiş insanların evlərinin bərpasına, yeni fərdi yaşayış evlərinin tikintisinə yönəldiləcək. Eyni zamanda, kompensasiya ödənişləri vasitəsilə əhaliyə dəymiş maddi və mənəvi ziyanın qarşılanması da təmin olunacaq. Bütün bu işlər vətəndaşlarımızın sosial rifahının qorunması deməkdir”.

Qeyd edək ki, aprelin 28-də Prezident İlham Əliyev Sərəncam verərək sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb. Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 260 manat vəsait ayrılacaq.

Əvvəlki Yazı

Azərbaycan dünya birliyində çoxşaxəli xarici siyasət kursu aparan ölkə kimi tanınır

Növbəti Yazı

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.