Aprel 18, 2026-9:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Antalya Forumu milli maraqlarımızın beynəlxalq səviyyədə təbliği üçün geniş imkan yaradır

2026:04:17 - 15:31
in SİYASƏT
A A

Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu Azərbaycanın xarici siyasət strategiyası və beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan qlobal platformalardan biridir. Hazırkı mürəkkəb geosiyasi şəraitdə — regional və qlobal enerji rəqabətləri, müharibələr və təhlükəsizlik çağırışları fonunda bu kimi forumlar Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə ifadə olunması üçün geniş imkanlar yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə söyləyib.

“Azərbaycanın bu forumda iştirakı ölkənin xarici siyasət prioritetləri baxımından bir sıra mühüm xüsusiyyətlərə malikdir. İlk növbədə, bu platforma Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə təbliği üçün geniş imkan yaradır. Xüsusilə Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlar, sülh gündəliyi və Zəngəzur dəhlizi kimi strateji layihələr dünya ictimaiyyətinə birbaşa çatdırılır.

Eyni zamanda, Azərbaycan Cənubi Qafqazın əsas enerji və nəqliyyat qovşaqlarından biri kimi çıxış edir. Ölkənin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Orta Dəhliz layihəsində strateji mövqeyi bu kimi beynəlxalq forumlarda geniş şəkildə müzakirə olunur və yeni əməkdaşlıq perspektivləri formalaşır”, – deyə Ə.Ağazadə vurğulayıb.

Deputatın sözlərinə görə, Forum Azərbaycan-Türkiyə müttəfiqliyi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu platforma iki ölkənin koordinasiyalı xarici siyasət yürütməsini və regional məsələlərdə ortaq mövqedən çıxış etdiyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal diplomatik proseslərdə rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə olunur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində saxlanılır. Aparılan yüksəksəviyyəli danışıqlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır.

Əvvəlki Yazı

Azərbaycanın balanslı siyasəti onun geoiqtisadi mövqeyini gücləndirib

Növbəti Yazı

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 148-ci kitabı çapdan çıxıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.