İyul 30, 2026-1:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

2026:07:29 - 17:40
in SİYASƏT
A A

Son illərdə Orta Dəhliz yeni tranzit sazişləri, dəmir yolu əlaqələrinin genişlənməsi, Azərbaycanın bu marşrutdakı aparıcı rolu sayəsində qlobal ticarət və logistika sisteminin əsas dayaqlarından birinə çevrilib. Artıq bu dəhliz yalnız nəqliyyat və tranzit xətti deyil, Mərkəzi Asiya ilə Avropanı birləşdirən etibarlı geoiqtisadi platforma kimi çıxış edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə artan gərginlik, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) təşəbbüsü, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi fonunda Orta Dəhlizin rolu daha ön plana çıxıb.

Bu fikriləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

O xatırladıb ki, Azərbaycan hazırda həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli və çoxtərəfli formatlarda Türk dövlətləri arasında nəqliyyat, logistika və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm işlər görür. Qazaxıstan və digər Türk dövlətləri ilə birgə Yol xəritələrinin hazırlanması, Xəzər dənizində bərə donanmasının artırılması, həmçinin Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi kimi mühüm layihələr müzakirə olunur və mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda, Orta Dəhlizin təhlükəsizliyinin təmin edilməsi və marşrutun xarici təhdidlərdən qorunması əsas prioritetlərdən biridir. Son illərdə iştirakçı ölkələr tərəfindən bu istiqamətdə bir sıra mühüm layihələr reallaşdırılıb.

“Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz Çin ilə Avropanı Mərkəzi Asiya və Azərbaycan vasitəsilə birləşdirən təhlükəsiz və sürətli ticarət yoludur. Dünyada, xüsusilə regionumuzda baş verən geosiyasi proseslər və böhranlar fonunda bu marşrutun əhəmiyyəti daha da artıb, Azərbaycan isə həmin şəbəkənin əsas logistika qovşaqlarından biri kimi çıxış edir. Ölkəmizdə rəqəmsallaşma, nəqliyyat infrastrukturunun genişləndirilməsi və yeni nəqliyyat əlaqələrinin yaradılması istiqamətlərində mühüm addımlar atılıb. Şimal marşrutu ilə müqayisədə Orta Dəhliz siyasi və coğrafi risklər baxımından daha etibarlı hesab olunur. Çindən Bakıya konteyner qatarlarının çatdırılması müddətinin 11-13 günə enməsi dəhlizin səmərəliliyinin əsas göstəricilərindən biridir. Bu, dəniz yolu ilə müqayisədə yükdaşımalarda vaxta təxminən üç dəfə qənaət etməyə imkan verir. Qlobal təchizat zəncirlərinin şaxələndirilməsi baxımından Avropa İttifaqı və beynəlxalq maliyyə qurumları da bu dəhlizi strateji prioritet kimi qiymətləndirirlər”, – deyə deputat əlavə edib.

Prezident İlham Əliyevin strateji baxışı nəticəsində Azərbaycanın Orta Dəhlizdəki rolunun daha da möhkəmləndiyini bildirən M.İbrahimqızı qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsinin ən böyük yükdaşıma mərkəzinə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycanın dəmir yolu şəbəkəsi müasir standartlara uyğun yenidən qurulub, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi başa çatdırılıb və yüklərin fasiləsiz daşınması üçün geniş imkanlar yaradılıb. Mərkəzi Asiya ilə Avropanı birləşdirən dəmir yolu, dəniz və avtomobil nəqliyyatı imkanlarının inkişafı nəticəsində Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib.

“Orta Dəhlizin inkişafında rəqəmsal inteqrasiya da mühüm rol oynayır. Vahid rəqəmsal mühitin yaradılması, “bir pəncərə” prinsipinin tətbiqi və Xəzər üzərindən e-TIR elektron tranzit prosedurlarının genişləndirilməsi yükdaşımaların operativliyini və şəffaflığını artırır. Azərbaycanın bu marşruta mühüm töhfələrindən biri də nəqliyyat xətlərinin şaxələndirilməsidir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolunun tikintisi, həmçinin Naxçıvan istiqamətində yeni kommunikasiya xətlərinin yaradılması istiqamətində işlər davam etdirilir. Bütün bunlar göstərir ki, Orta Dəhliz təkcə nəqliyyat və tranzit marşrutu deyil, həm də regional əməkdaşlığı, iqtisadi inteqrasiyanı, sabitliyi və davamlı inkişafı təşviq edən mühüm platformadır”, – deyə o fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

RMF XM: Polşa müdafiə naziri Rusiyanın ölkəyə hücumunu istisna edib

Növbəti Yazı

Ermənistanın ABŞ-dakı keçmiş səfiri Paşinyanın qərargahına rəhbərlik edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.