İyun 8, 2026-21:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib

2026:06:08 - 16:53
in SİYASƏT
A A

Azərbaycanın zəngin təbii sərvətlərindən əldə olunan gəlirlərin strateji məqsədlərə yönəldilməsi ölkənin müasir inkişaf tarixinin ən mühüm uğurlarından biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri malik olduğu enerji ehtiyatlarını milli maraqlara xidmət etdirəcək iqtisadi alətə çevirmək idi.

“Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası məhz bu məqsədə xidmət edib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” yalnız enerji layihəsi deyil, eyni zamanda Azərbaycanın gələcək iqtisadi inkişafının yol xəritəsi olub. Həmin dövrdə qəbul edilən strateji qərarlar nəticəsində Azərbaycan beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınıb, dünyanın aparıcı şirkətlərinin ölkəyə investisiya yatırması üçün əlverişli şərait yaradılıb. Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələrin reallaşdırılması ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Enerji layihələrinin tam gücü ilə fəaliyyətə başlamasından sonra Azərbaycan böyük həcmdə maliyyə vəsaitləri əldə etməyə başlayıb. Ən vacib məqam isə həmin vəsaitlərin qısa müddətli məqsədlərə deyil, uzunmüddətli dövlət maraqlarına uyğun şəkildə istifadə olunmasıdır.

Dünyada təbii sərvətlərə malik olan bir sıra ölkələrdə enerji gəlirlərinin səmərəsiz idarə olunması nəticəsində iqtisadi və sosial problemlər yaranıb. Azərbaycan isə fərqli inkişaf modelini seçdi. Dövlət başçısının rəhbərliyi ilə enerji gəlirləri gələcək nəsillərin maraqları nəzərə alınmaqla idarə edildi, Dövlət Neft Fondu vasitəsilə şəffaf mexanizmlər formalaşdırıldı və vəsaitlərin əhəmiyyətli hissəsi ölkənin inkişafına yönəldildi”, – deyə deputat bildirib.

Aydın Hüseynovun sözlərinə görə, son iyirmi ildən artıq dövr ərzində həyata keçirilən infrastruktur layihələrinin miqyası enerji gəlirlərinin ölkənin inkişafına necə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir. Respublikada minlərlə kilometr avtomobil yolu çəkilib və yenidən qurulub, beynəlxalq standartlara cavab verən hava limanları istifadəyə verilib, müasir dəmir yolu infrastrukturu yaradılıb, enerji və kommunal sistemlər tamamilə yenilənib: “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bütün bölgələrində geniş quruculuq işləri həyata keçirilib. Kənd və şəhərlərin siması dəyişib, yeni sənaye müəssisələri yaradılıb, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşdırılıb. Enerji gəlirlərinin ən vacib istiqamətlərindən biri insan kapitalına yatırılan investisiyalar olub. Son illərdə ölkədə minlərlə təhsil müəssisəsi tikilib və əsaslı təmir olunub, məktəblər müasir avadanlıqlarla təmin edilib. Təhsil sisteminin rəqəmsallaşdırılması, peşə təhsilinin inkişafı və xaricdə təhsil proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına xidmət edib. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, davamlı inkişafın əsas şərti insan kapitalıdır. Azərbaycan da enerji gəlirlərini yalnız infrastruktur layihələrinə deyil, insan resurslarının inkişafına yönəltməklə gələcəyə investisiya yatırıb. Bu gün müxtəlif sahələrdə çalışan peşəkar mütəxəssislərin hazırlanmasında həmin siyasətin mühüm nəticələri görünməkdədir”.

Əvvəlki Yazı

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Növbəti Yazı

Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.