Avqust 18, 2026-3:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Deputat: İcbari Tibbi Sığorta Fondunun büdcəsində dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır

2025:10:24 - 15:59
in SOSİAL
A A
İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayrılan vəsaitin azalması kimi görünən rəqəm, əslində, sistemin öz ayaqları üzərində dayanmağa başladığının göstəricisidir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar islasında deputat Rəşad Mahmudov deyib.

2026-cı ildə İTSF büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (2025-ci illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.

Deputat qeyd edib ki, bu, cəmiyyətdə müəyyən suallar və narahatlıqlar doğurub.

O vurğulayıb ki, həmin azalma səhiyyəyə ayrılan ümumi vəsaitin azalması demək deyil:

“Əksinə, 2026-cı il üçün səhiyyə sahəsinə ayrılan ümumi dövlət büdcəsi 2 milyard manatı ötüb, yəni təxminən 3 faizlik artım nəzərdə tutulur”.

R.Mahmudovun sözlərinə görə, İTSF-a dövlət büdcəsindən ayrılan vəsaitin bir qədər azalması sistemin zəifləməsi deyil, onun maliyyə müstəqilliyinə keçid mərhələsi deməkdir:

“Bu, planlı bir keçiddir. Çünki sığorta mexanizmi artıq yalnız dövlətin deyil, işəgötürənlərin və iqtisadi aktiv vətəndaşların ödədiyi haqlar hesabına formalaşan bir sistemə çevrilməkdədir”.

O deyib ki, dünyanın heç bir yerində tibbi sığorta tam şəkildə dövlət büdcəsi hesabına uzunmüddətli davamlı ola bilməz.

Deputat həmçinin vurğulayıb ki, dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır:

“Əksinə, məqsəd tibbi xidmətlərin keyfiyyətini, şəffaflığını və bərabər əlçatanlığını artırmaqdır. Bu gün İcbari Tibbi Sığorta çərçivəsində yüzlərlə xidmət, minlərlə əməliyyat növü dövlət təminat paketinə daxildir. Fondun maliyyə bazası genişləndikcə bu xidmətlərin sayı da artır”.

Deputatın sözlərinə görə, ən vacibi isə odur ki, islahatların məqsədi heç vaxt vətəndaşın cibinə yönəlməyib, məqsəd vətəndaşın sağlamlığının təminatı olub:

“Bu gün qarşımızda duran əsas vəzifə bu mexanizmi daha səmərəli, ədalətli və dayanıqlı hala gətirməkdir. Yəni biz artıq keçid mərhələsindən inkişaf mərhələsinə qədəm qoyuruq. Mən inanıram ki, qarşıdakı illərdə bu sistem daha da təkmilləşəcək, xidmətlərin keyfiyyəti artacaq və vətəndaşlarımız tibbi xidmətlərdən daha bərabər və təhlükəsiz şəkildə yararlana biləcəklər”.

Əvvəlki Yazı

Azərbaycanda meyvə bağlarının aqrar sığortası dövrü başlayır

Növbəti Yazı

Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımının şahidi olmuş zərərçəkmişin ifadəsi elan edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.