Aprel 29, 2026-1:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Deputat: “Satınalmalarda keyfiyyətlə əlaqəli tələblər artırılmalıdır

2026:04:21 - 14:09
in İQTİSADİYYAT
A A
Azərbaycanda dövlət satınalmaları zamanı keyfiyyətlə əlaqəli tələblərin artırılmasına önəm verilməlidir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Pərvanə Vəliyeva Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

“Palatanın hesabatında qeyd olunur ki, 32 auditdə dövlət satınalmaları üzrə müvafiq hüquqi aktların tələbləri pozulub. Hər VÖEN-i olan satınalma prosesində iştirak edə bilməməli, hər daha aşağı qiymət təklifi edən qalib olmamalıdır. Xüsusilə, istehsal və tikinti layihələrində iş yerinin risk qiymətləndirilməsi hesabatı tələb oluna bilər”, – deyə o qeyd edib.

Deputat təlif edib ki, iş yerində qəzalar olan müəssisələr dövlət satınalmasında iştirak edə bilməsin: “İş yerində qəzaların işəgötürənlərə və dövlət büdcəsinə maliyyə yükü barədə ötən çıxışlarda bildirmişdim. Bu, həm də mənəvi yükdür. Bu məsələlər zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Riskli müəssisə iş qəzaları ilə üzləşərsə, tender öhdəlikləri üçün risk yaranar. Əksinə, riskləri aşağı olan, işçilərin dəyəcək zərəri minimuma endirən müəssisələrin satınalma prosesində qabiliyyətinin artırılması məqsədəuyğun olardı. Bu mexanizm müəssisələri iş yerlərinin keyfiyyətini artırmağa, eləcə də təhlükəsiz və sağlam iş mühiti yaratmağa stimullaşdıracaq”.

“Digər təklifim qeyri-hökumət təşkilatlarının (QHT) seçimi ilə bağlıdır. Bəzi hallarda, QHT-lərin seçimi ilə bağlı da dövlət satınalması portalı üzrə müsabiqələrin keçirilməsi halları baş verir. “Qrant haqqında” qanuna əsasən, QHT-lərin seçimi yalnız müsabiqə əsasında mümkündür və qrant müqavilələri müvafiq olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınır. Yaxşı olardı ki, ölkə üzrə QHT-lər üçün müsabiqədə vahid yanaşma tətbiq olunsun”.

Əvvəlki Yazı

Ombudsman: Energetik içkilərlə bağlı nəzarət gücləndirilməlidir, hüquqi boşluqlar var

Növbəti Yazı

Murad Dadaşov: Anar Məmmədxanovun həyatı və fəaliyyəti insanlara daim örnək olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.