İyun 24, 2026-16:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: TDT çoxşaxəli əməkdaşlıq mexanizmləri ilə mühüm geosiyasi aktor kimi formalaşmaqdadır

2025:10:08 - 12:15
in SİYASƏT
A A

Türk Dövlətləri Təşkilatı bu gün müasir beynəlxalq münasibətlər sistemində sürətlə artan nüfuzu, çoxşaxəli əməkdaşlıq mexanizmləri və ortaq dəyərlərə əsaslanan birliyinin gücü ilə mühüm geosiyasi aktor kimi formalaşmaqdadır. Türk dünyasının inteqrasiyasını hədəfləyən təşkilat qardaş xalqlar arasında siyasi, iqtisadi, hərbi, humanitar və mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edən strateji platformadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündəki çıxışında təşkilatın sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını bildirdi. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsləri və fəal diplomatik səyləri təşkilatın qlobal miqyasda daha təsirli beynəlxalq təsisata çevrilməsinə mühüm töhfə verir.

“Bu gün qlobal müstəvidə artan gərginliklər Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi formalaşmasını şərtləndirir. Bu xüsusda, dövlətimizin başçısının təklif etdiyi kimi, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi üzv ölkələrin təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca zəruridir”, – deyə Mircəlil Qasımlı vurğulayıb.

Bu il Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümünün qeyd olunduğunu söyləyən deputat bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası eyni zamanda regionda dayanıqlı sabitliyin, inkişafın və əməkdaşlığın əldə olunması baxımından da böyük önəm kəsb edir. Cari ilin avqustunda Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin paraflanması, ATƏT-in Minsk qrupunun ləğvi və Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşmalar regional əməkdaşlıq üçün mühüm imkanlar vəd edir.

“Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Bu xüsusda Zəngəzur Dəhlizi Şərq-Qərb, Şimal Cənub istiqamətlərində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”, – deyə Milli Məclisin deputatı qeyd edib.

Əvvəlki Yazı

TDT-nin alternativ gücün episentri kimi meydana çıxması diqqətəlayiqdir – ŞƏRH

Növbəti Yazı

Türk dünyasının strateji həmrəyliyi: Qəbələ Zirvə Görüşü yeni mərhələnin başlanğıcıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.