Dnestryanı məsələsi həll olunmayana və ölkə vahidləşməyənə qədər Moldova Aİ üzvü ola bilməz. Bu barədə ölkənin ən böyük müxalifət Sosialist Partiyasının lideri, keçmiş Moldova prezidenti İqor Dodon jurnalistlərə bildirib.
“Dnestryanı məsələsi həll olunmayana və ölkəni yenidən inteqrasiya edənə qədər Aİ-yə üzvlükdən söhbət gedə bilməz. Yenidən inteqrasiya milli məqsədə çevrilməlidir və buna nail olmaq üçün iqtisadi və enerji şantajından imtina etməli və Tiraspol ilə dialoqa başlamalıyıq”, – deyə Dodon bildirib. O, Aİ-yə üzvlük danışıqlarının ölkənin maraqlarını nəzərə alaraq aparılmalı, ilk növbədə iqtisadi maraqlarını qətiyyətlə müdafiə etməli və Konstitusiyada təsbit olunmuş daimi neytrallığı qorumalı olduğunu vurğulayıb. Onun fikrincə, Moldova Ukrayna ilə birlikdə Aİ-yə qoşulmamalıdır.
Sosialist lideri qeyd edib ki, “hazırda öz problemləri kifayət qədər olan Ukrayna ilə eyni “paketə” qoşulmaq böyük səhv idi. Bu proses çərçivəsində Ukraynadan ayrılmağın mümkün olub-olmadığı yaxın gələcəkdə aydın olacaq”.(Tass)
