Moldova Respublikası Sosialistlər Partiyasının lideri İqor Dodon parlament seçkilərində səsvermə günündən sonra tərəfdarlarını əsas meydana toplaşmağa çağırıb.
“Biz öz qələbəmizi qorumağa hazır olmalıyıq. Mən hamını sentyabrın 29-da mərkəzi meydana çıxmağa hazır olmağa çağırıram. Mən burada olacam”, – Dodon Kişinyovun mərkəzində keçirilən mitinqdə çıxışından sonra deyib. O, əvvəllər hazırkı Moldova hökumətinin seçkiləri saxtalaşdırmağa cəhd edəcəyini istisna etməyib. (Tass)
