İyul 8, 2026-16:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Doğum günündə şəhadətə yüksələn kapitan

2025:10:21 - 11:28
in SİYASƏT
A A

Vətən torpaqlarını azad görmək, bu amal uğrunda şəhid olmaq onun ən böyük arzusu idi. Bu arzusunun reallaşması onun doğum günü hədiyyəsi oldu. Kapitan Rövşən Mahmud oğlu Pənahov 1989-cu ilin oktyabrın 2-də dünyaya gəlmişdi. Vətən müharibəsində oktyabrın 2-də də şəhadətə qovuşdu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rövşən Pənahovun hərbi peşəyə sevgisi hələ onun uşaq yaşlarından başlamışdı. Şəhid kapitan bu yola ömrünün 10 ilini həsr etmişdi. 2016-cı ilin Aprel döyüşlərindəki şücaətinə görə “kapitan” hərbi rütbəsi almışdı.

Vətən müharibəsinin ilk günündən haqq savaşına qoşulan Rövşən Pənahov Murovdağın azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak edib. “Oğul düşmən çəpəridir” deyirlər. Mənim oğlum doğrudan da düşmən çəpəri oldu. Düşmənə qalib gəldi. Vətən uğrunda, “Vətən yaşasın” deyərək, şəhadətə ucaldı, özü də doğum günündə – oktyabrın 2-də. “Oktyabrın ikisi gələcəyəm” dedi və həmin gün də gəldi. Bayrağa bükülü, şəhadətə ucalaraq gəldi evimizə. Vətənimiz sağ olsun!”, – deyə şəhid anası Rəna Osmanova bildirir.

Şəhid kapitan xidmət etdiyi illər ərzində “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi ” və “Azərbaycan Ordusunun 100 illiyi medalları ilə təltif olunub. On ilin təcrübəli hərbçisi olan Rövşən bir çox gənc əsgərin yetişməsində iştirak edib.

Ölümündən sonra dövlətimizin başçısının sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. Şəhidin özündən sonra vətənə bir qız və bir oğul övladı əmanət qalıb.

Əvvəlki Yazı

Naxçıvanda bir sıra kənddaxili yollar yenidən qurularaq istifadəyə verilib

Növbəti Yazı

Siyəzəndə 35 yaşlı kişini və 6 baş mal-qaranı cərəyan vurub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.