Aprel 18, 2026-9:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Dövlət başçısının Türkiyə səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək

2026:04:17 - 17:41
in SİYASƏT
A A

Antalya Diplomatiya Forumu artıq regionun aparıcı platformalarından birinə çevrilib. Nəzərə alsaq ki, bu forum bütövlükdə həm regionun, həm qlobal məsələlərin müzakirəsi üçün artıq kifayət qədər ciddi bir məkandır. Prezident İlham Əliyevin Türkiyə Prezidentinin dəvəti ilə bu forumda iştirak etməsi, həm də burada müzakirə ediləcək məsələlərin qlobal əhəmiyyət daşınmasından xəbər verir.

Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hər zaman strateji münasibətlər olub, iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur.

“2025-ci ildə Türkiyə Azərbaycanın ən böyük ikinci ticarət tərəfdaşı olub. Azərbaycanın ticarət dövriyyəsinin 12 faizə yaxını – 11,6 faizi Türkiyənin payına düşüb. Eyni zamanda, Türkiyə həm ixracatda, həm idxalda, həmçinin qeyri-neft ixracatının ikinci ən böyük tərəfdaşıdır. Bu ondan xəbər verir ki, iki ölkə arasında münasibətlər kifayət qədər dərindir, inkişaf edib və bu da özünü ticarət dövriyyəsi də birmənalı şəkildə göstərməkdədir. İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəflər var. Hər iki ölkə məhz bu hədəfə nail olmaq üçün həm iqtisadi əlaqələrin genişləndirilməsi, həm ticarət dövriyyəsinin artırılması ilə bağlı sistemli şəkildə işlər aparır.

Eyni zamanda, Azərbaycan Türkiyədə ən çox investisiya qoyan ölkələrdən biridir. Qarşılıqlı investisiya qoyuluşları ölkə iqtisadiyyatlarının faydalanmasına imkan yaradır. Bu baxımdan dövlətimizin başçısının Türkiyə səfəri bir tərəfdən iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Bu həm də Antalya Diplomatiya Forumunun əhəmiyyətinin daha da yüksəlməsinə və forumda müzakirə edilən qlobal və regional məsələlərə region ölkələrinin liderləri tərəfindən diqqət ayrılmasına imkan yaradacaq”, – deyə deputat qeyd edib.

Əvvəlki Yazı

Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Növbəti Yazı

Azərbaycan səfiri Konqo Prezidentinin andiçmə mərasimində iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.