Dövlət Departamenti Bəhreyndə olan amerikalıları İranın ölkəyə zərbə endirəcəyi təhlükəsi ilə əlaqədar böyük toplantılardan çəkinməyə və ayıq-sayıq olmağa çağırıb. Xəbərdarlıq ABŞ-ın Bəhreyndəki səfirliyinin saytında yerləşdirilib.
Bu səhər Bəhreyn dövlət televiziyası hava hücumundan müdafiə qüvvələrinin ölkə ərazisinə yeni hava zərbələri dalğasını dəf etdiyini bildirib. (Tass)
