Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür və onun təklif etdiyi imkanlardan istifadə edir. Bu fikri Dövlət Dumasının deputatları ifadə edir, – deyə palatanın spikeri Vyaçeslav Volodin bildirib.
Volodin ” Max” qəzetində yazıb: “Dövlət Duması deputatlarının fikrincə, Ermənistanın Baş naziri Paşinyan Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdür, ölkəmizin təklif etdiyi imkanlardan kinayə ilə istifadə edir. Bu, vicdansızlıqdır” .
Dövlət Dumasının sədri qeyd edib ki, Ukrayna da vaxtilə oxşar şəkildə davranıb: “Bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq”. (Tass)
