May 2, 2026-17:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Dövlət İdarəçilik Akademiyası və RİİB arasında əməkdaşlığa dair memorandum imzalanıb

2026:01:29 - 12:24
in GÜNDƏM
A A

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Akademiyanın rektoru Urxan Ələkbərov və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev tərəfindən imzalanan memorandumda tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masa və seminarların, müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların, analitik materialların hazırlanması nəzərdə tutulub.

DİA -nın rektoru akademik Urxan Ələkbərov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dinamik və sürətlə inkişaf edərək iqtisadi və sosial cəhətdən dünyanın qabaqcıl ölkələri sırasında yer tutur. O, çıxışında Heydər Əliyev Fondunun ölkəmizdə sosial, humanitar və mədəni sahələrin inkişafında müstəsna rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən layihələr təhsil, elm, səhiyyə kimi istiqamətlərdə mühüm nəticələr verməkdədir. Rektor bildirib ki, Heydər Əliyev Fondunun formalaşdırdığı nümunəvi fəaliyyət modeli dövlət siyasətinin ictimai təşəbbüslərlə vəhdətinin uğurlu təzahürüdür. Rektor RİİB-in həyata keçirdiyi layihələrin dövlət idarəçiliyi sahəsində elmi yanaşmaların praktik tətbiqi üçün mühüm platforma yaratdığını vurğulayaraq, Akademiya ilə qurulan əməkdaşlığın bu istiqamətdə yeni imkanlar açacağını bildirib.

“Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev isə çıxışında bildirib ki, Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq elmi biliklərin praktik fəaliyyətlə uzlaşdırılması baxımından böyük imkanlar yaradır. Memorandum çərçivəsində aparılacaq birgə tədqiqatlar, analitik materiallar və maarifləndirici tədbirlər regional inkişaf sahəsində daha əsaslı və effektiv qərarların qəbuluna xidmət edəcək. O, bu əməkdaşlığın uzunmüddətli və səmərəli olacağına əminliyini ifadə edərək, qarşılıqlı təcrübə mübadiləsinin və birgə təşəbbüslərin ölkənin ümumi inkişaf strategiyasına mühüm töhfə verəcəyini vurğulayıb.

Əvvəlki Yazı

Tarixi sarayda zəngin mədəni irs: Milli Azərbaycan Tarixi Muzeyi 

Növbəti Yazı

Sabah hava yağmursuz olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.