Aprel 18, 2026-17:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub

2026:03:31 - 13:44
in İQTİSADİYYAT
A A
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, nazir Sahil Babayevin imzaladığı əmrə əsasən, sözügedən vəzifə Fərid Baxşıyevə həvalə olunub.

O, 1977-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr və biznes inzibatçılığı üzrə magistr təhsili alıb. Həmçinin, Böyük Britaniyanın Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

F.Baxşıyev əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayıb, sonrakı illərdə Azərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, “Azərbaycan Dəmir Yolları” QSC-də İnvestisiya şöbəsinin rəisi, KPMG Azərbaycan və digər özəl konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi ölkə Prezidentinin Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 30 dekabr 2025-ci il tarixli fərmanı ilə yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.

Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

Əvvəlki Yazı

“Patent haqqında” qanuna beynəlxalq standartlara uyğun yeni dəyişikliklər qüvvəyə minib

Növbəti Yazı

Bakıda qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.