Avqust 5, 2026-1:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dövlət Proqramının qalibi: Müraciət prosesi sadələşdirilib və məqsədyönlü çalışan gənclər bu imkandan faydalana bilər

2026:08:04 - 15:18
in SOSİAL
A A

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın 2026/2027-ci tədris ili üzrə qalibi Gültac Seyid ABŞ-nin Kolumbiya Universitetində kompüter elmləri ixtisası üzrə magistratura təhsili alacaq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Proqramının qalibi Gültac Seyid 2026/2027-ci tədris ili üzrə görüş çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Mərkəzi Bankının İnnovasiyalar Mərkəzində data elmləri üzrə mütəxəssis kimi fəaliyyət göstərir.

“Kolumbiya Universitetində magistratura təhsili müddətində daha çox süni intellekt sahəsində ixtisaslaşmağı planlaşdırıram. Əsas məqsədim Azərbaycana qayıtdıqdan sonra ölkəmizdə formalaşan süni intellekt ekosisteminin inkişafına töhfə vermək, dünyada tətbiq olunan innovasiya və yenilikləri ölkəmizdə tətbiq etməkdir. Xaricdə Təhsil üzrə Dövlət Proqramı Azərbaycan gəncləri üçün yaradılan mühüm imkanlardan biridir. Proqram dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün bütün əsas xərcləri qarşılayaraq gənclərə geniş imkanlar yaradır”, – deyə qalib vurğulayıb.

Gültac Seyid xaricdə təhsil almaq istəyən gənclərə məqsədlərini əvvəlcədən dəqiq müəyyənləşdirməyi, seçdikləri istiqaməti Azərbaycanın inkişafına töhfə verəcək şəkildə planlaşdırmağı tövsiyə edib. O əlavə edib ki, Dövlət Proqramına müraciət prosesini kifayət qədər sadələşdirilib və məqsədyönlü çalışan hər bir gəncin bu imkandan faydalanmaq şansı var.

Əvvəlki Yazı

Şəhid övladı: Yaşıdlarıma tövsiyə edirəm ki, “YAŞAT” Fondunun yaratdığı imkandan yararlansınlar

Növbəti Yazı

Sabahdan Samux, Şəmkir və Qazax rayonlarının bəzi kəndlərinin təbii qaz təchizatı dayandırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.