İyun 25, 2026-10:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Vergi Xidmətinin yeni strategiyasının əsas hədəfi diqqətə çatdırılıb

2025:11:03 - 14:56
in İQTİSADİYYAT
A A
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 illiyi münasibətilə qurumun Şamaxıdakı Tədris Mərkəzində media nümayəndələri üçün “Azərbaycanın vergi sistemi – retrospektiv baxış (2000–2025-ci illər) və gələcək inkişaf strategiyası (2025–2028-ci illər)” mövzusunda iki günlük təlim və müsabiqə keçirilib.

“Report” xəbər verir ki, ölkənin aparıcı media qurumlarının nümayəndələrin iştirakı ilə keçirilən tədbirin məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdən ibarət olub.

Təlim çərçivəsində Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev və Vergi siyasəti baş idarəsinin şöbə rəisi Niyaz Şükürov təqdimatlar keçirib. Çıxışlarda 2000–2025-ci illərdə vergi sisteminin institusional inkişaf mərhələləri, elektron xidmətlərin formalaşması, vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində görülən işlər, həmçinin “Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası”nın əsas hədəfi diqqətə çatdırılıb. Təlim iştirakçıları vergi orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin düzgün məlumatlandırılması, vergi mədəniyyətinin təşviqi mövzularında da fikir mübadiləsi aparıblar.

Sonda media nümayəndələri arasında müsabiqə təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Əvvəlki Yazı

Azərbaycan–Qırğız İnkişaf Fondu investisiya layihələrinə 14 milyon dollardan çox maliyyə ayırıb

Növbəti Yazı

Zəfər yürüşünün 38-ci günü: 3 noyabr

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.