İyun 15, 2026-2:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

DSX-də korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

2025:08:06 - 15:05
in SİYASƏT
A A

Dövlət Sərhəd Xidməti (DSX) aparatında Baş Prokurorluqla birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə qarşıda duran vəzifələrlə bağlı tədbir olub.

Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə DSX və Baş Prokurorluğun nümayəndələri iştirak edib, mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparıblar. Çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni zamanda, dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükə yaratdığını vurğulayıb, hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd ediblər.

Vurğulanıb ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasətinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizənin hüquqi bazası möhkəmləndirilib, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısının alınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilib, vətəndaş məmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb.

Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

“YAŞAT” Fondunun nümayəndəsi: Şəhid övladları ilə bağlı layihələrin davam etdirilməsi planlaşdırılır

Növbəti Yazı

Vaşinqtonda bu nəticələr əldə edilə bilər: İki əsas şərt qalıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.