Aprel 19, 2026-15:45
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Dünya səyyahları Füzulidə olub

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səyyahlar əvvəlcə işğal dövründə dağıdılmış ərazilərə baxış keçirərək, həmin dövrdə törədilmiş vandalizm faktları barədə məlumatlandırılıblar. Daha sonra qonaqlar Füzulidə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ilə yaxından tanış olublar. Onlara şəhərdə icra olunan infrastruktur layihələri, yeni yaşayış kompleksləri və sosial obyektlər barədə ətraflı məlumat verilib.