İyul 20, 2026-23:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

EAPCA Niderland parlamentinin Azərbaycan əleyhinə qətnaməsinə etiraz müraciəti təqdim edib

2026:05:29 - 16:16
in SİYASƏT
A A
“Avro-Atlantik Azərbaycanlılar Tərəfdarlıq Şurası” (EAPCA) Niderland parlamentinin Nümayəndələr Palatasının bu il aprelin 16-də Haaqada Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qərəzli və birtərəfli qətnaməyə görə qurumun Xarici əlaqələr komitəsinə müraciət təqdim edib.

Bu barədə “Report”a EAPCA-nın rəhbəri Sahil Qasımov məlumat verib.

O, mayın 26-da rəsmi müraciəti Niderland parlamentinin Xarici əlaqələr komitəsinin katibi Arjen Vesterhofa və krallıq əlaqələri və xarici işlər üzrə katib Cenifer Riçardsona təqdim edərək onun məzmunundan bəhs etdiyini bildirib:

“Görüşdə EAPCA İdarə Heyətinin üzvü Ofelya Babayeva, qurumun gənc üzvləri Mendi Vijnqart, Umut Demirtaş, əslən Ağdamdan olan, Niderlandın “Müharibə hekayələri” adlı cəmiyyətinin rəhbəri İlkane van den Berg iştirak ediblər. Müraciətdə deyilir ki, Niderland parlamenti bir daha obyektivlik, beynəlxalq hüquq normaları və ədalətli yanaşma prinsiplərindən uzaq mövqe sərgiləyib, regionda baş verən proseslərə selektiv və siyasi maraqlar prizmasından yanaşıb. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini təmin edib, bölgədə davamlı sülhün və əməkdaşlığın qurulması istiqamətində ardıcıl addımlar atıb”.

S.Qasımov müraciətdə həmçinin Niderland parlamentinin Azərbaycana qarşı ikili standartların tətbiq etməsi anlaşılmaz və beynəlxalq hüquqa zidd olmasının vurğulandığını söyləyib:

“Niderland parlamentinin Azərbaycana qarşı intensiv olaraq qəbul etdiyi bu qəbildən olan sənədlər kampaniya xarakteri alıb. Belə bir dövrdə qəbul edilmiş bu cür qərəzli qətnamələr revanşist qüvvələri daha da ruhlandırır. EAPCA Niderland parlamentini Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etməyə çağırır. Avro-Atlantik Azərbaycanlılar Tərəfdarlıq Şurası” bu coğrafi məkanda yaşayan azərbaycanlıların səsini ifadə edir”.

Arjen Vesterhof da öz növbəsində EAPCA-nın müraciətini Niderland parlamentinin Xarici əlaqələr komitəsinə təqdim ediləcəyini və qurum üzvlərindən aldığı məlumatları ölkə parlamentinin Nümayəndələr Palatasının üzvlərinə çatdıracağını vurğulayıb.

 

 

Əvvəlki Yazı

Xankəndi Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi

Növbəti Yazı

Yeni Dövlət Proqramının icrası Azərbaycanda aqrar sahənin inkişafında dönüş mərhələsi olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.