Əmirliyin mətbuat mərkəzinin verdiyi məlumata görə, Əbu-Dabidəki Habshan qaz kompleksinə düşən İran raketinin qalıqları nəticəsində baş verən iki yanğın lokallaşdırılıb, lakin orada yerləşən obyektlərə ciddi ziyan dəyib.
“Habshan qaz təsərrüfatlarında düşən raket qalıqları səbəbindən baş verən iki yanğın nəzarət altına alınıb”, – deyə açıqlamada bildirilir. Raket qəlpələri və sonrakı yanğınlar nəticəsində bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı qeyd olunub.
Mətndə qeyd edildiyi kimi, “Xabşanın qaz təsərrüfatlarına ciddi ziyan dəyib”. (Tass)
