Avqust 18, 2026-0:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ədəbiyyatşünaslıqda yeni mərhələ: alimin yaradıcılığı elmmetrik müstəvidə

2026:04:09 - 15:18
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevanın “Ədəbiyyatşünas-alimin elmmetrik pasportu seriyası”ndan “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, nəzəriyyəçi-alim, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda tədqiq edilir. Monoqrafiyada Salidə Şərifovanın elmi yaradıcılıq potensialı elmmetrik infoqrafikada təqdim edilir. Alimin elmmetrik portreti “Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda”, “Elmmetrik və bibliometrik axtarış: mərhələlər və mənbələr”, “Elmi yaradıcılıq potensialının performansı və transformasiyası”, “Salidə Şərifovanın elmi tədqiqatlarının mövzu diapazonu”, “Elmmetrik bazalar üzrə tədqiqat nəticələrinin infoqrafikası”, “Salidə Şərifovanın əsərlərinin dərc olunduğu jurnallar”, “Qlobal informasiya mühitində təmsil və təbliğ olunma”, “Elmi tipologiya və intellektual model dünya ədəbiyyatşünaslığı + süni intellekt müstəvisində”, “Sosial platformalar”, “Kitabxana-informasiya mühiti” adlı fəsillərdə canlandırılır.

X fəsildən ibarət monoqrafiyanın “Zamanla yarış, yaxud ilk elmmetrik araşdırma modeli” adlı “Ön söz”ünün müəllifi Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimovadır. Monoqrafiyanın elmi redaktoru professor Tahirə Məmməd, rəyçiləri filologiya elmləri doktoru Mehman Həsənli və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovdur.

Əvvəlki Yazı

Şəxsi sərhədlər və emosional rifah – BDU-da təlim

Növbəti Yazı

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.