İyun 29, 2026-11:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir

2026:03:13 - 12:50
in SOSİAL
A A

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsində “Bələdiyyələrdə idarəetmənin təkmilləşdirilməsi: metodoloji dəstək və xarakterik nöqsanların müzakirəsi” mövzusunda seminar-müşavirələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə Bakı bələdiyyələrinin, Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri iştirak ediblər.

Seminarlar zamanı 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planından, həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlər müzakirə edilib. Həmin çərçivədə yerli özünüidarəetmə orqanlarında texnoloji potensialın gücləndirilməsi, əməkdaşların rəqəmsal bacarıqlarının artırılması və fəaliyyətin dövlət səviyyəsində müəyyən edilmiş rəqəmsal inkişaf prioritetlərinə uyğun qurulmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, “2025-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”nin Milli Məclisdə müzakirəsinin nəticələri, deputatlar tərəfindən səsləndirilən təkliflər və görüləcək tədbirlər barədə məlumat verilib.

Eyni zamanda, inzibati nəzarət və metodoloji yardımın nəticələrinin təhlili əsasında bələdiyyələrdə vergilərin düzgün hesablanması, büdcələrin proqnozlaşdırılması və icrası ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının, risk yaradan halların qarşısının alınmasının, vətəndaş məmnunluğunun artırılmasının və etik davranış qaydalarına əməl edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Seminar-müşavirələrin yekununda bələdiyyə nümayəndələrinin fikir və təklifləri dinlənilib.

Əvvəlki Yazı

Vasif Qafarov: Yeni sahibkarlıq subyektlərinə lisenziyaların dayandırılması turizm potensialının reallaşmasına imkan vermir

Növbəti Yazı

Azərbaycan və BMT-nin Cenevrə Ofisi arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.