Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində azı 20 nəfər ölüb, Reuters Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Onun məlumatına görə, 320 nəfər də yaralanıb.
ABŞ Geoloji Xidməti Əfqanıstanın Hindukuş dağlarında 6,3 bal gücündə zəlzələnin baş verdiyini bildirib. Araşdırmaya görə, yeraltı təkanların episentri təxminən 523 min insanın yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
