May 1, 2026-19:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

2026:05:01 - 10:40
in SOSİAL
A A
COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir.

“Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu il 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Ə.İsmayılov qeyd edib ki, MEDİA və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub:

“Mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcək”.

İcraçı direktorun sözlərinə görə, Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə söykənir:

“2024-cü ildə uğurla ev sahibliyi etdiyimiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atıb. Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda, qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olublar.

COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”.

Əvvəlki Yazı

AMEA-nın Gənclər Akademiyasının loqotipi təsdiq edilib

Növbəti Yazı

Qazaxıstan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.