May 30, 2026-17:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ekspert: Azərbaycanda milli memarlıq ruhunun qorunması dövlətin prioritet siyasətidir

2025:11:12 - 12:23
in İQTİSADİYYAT
A A

Paytaxt Bakıda şəhərsalma və memarlıq sahəsində gedən proseslər bir tərəfdən inkişafın, digər tərəfdən isə yeni çağırışların göstəricisidir. Uzun illər ərzində şəhərin tarixi simasının qorunması ilə müasir memarlıq tələbləri arasında balans tapmaq əsas məsələ olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Tural İsmayılov bildirib. Onun sözlərinə görə, artıq bu balansın tədricən formalaşdığı, “uğurlu Azərbaycan modeli”nin şəhərsalmada da özünü göstərdiyi müşahidə olunur. Bu modelin mahiyyəti ondan ibarətdir ki, dövlət planlaşdırmanı təkcə infrastrukturla məhdudlaşdırmır, həm də milli memarlıq ruhunun qorunmasını prioritet kimi müəyyən edir: “Əvvəllər qeyri-planlı tikililər, sıxlıq, yaşıllıqların azalması kimi problemlər daha kəskin idi. İndi isə görülən tədbirlər nəticəsində bu sahədə nizam-intizam formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtın Baş planı üzərində aparılan işlər şəhərin gələcək 20-30 ilini əhatə edən strateji baxış ortaya qoyur. Artıq şəhərsalmada yalnız tikinti deyil, ekoloji davamlılıq, enerji səmərəliliyi, insanların yaşayış rahatlığı kimi göstəricilər əsas götürülür. Tarixi binaların qorunması, memarlıq irsinin bərpası, ictimai məkanların yenilənməsi istiqamətində mühüm addımlar atılır”.

T.İsmayılov qeyd edib ki, uğurlu Azərbaycan modelinin davamı kimi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri də bu yanaşmanı təsdiqləyir. Burada məqsəd sadəcə binalar tikmək deyil, həm də tarixlə gələcəyi birləşdirən simvolik məkana çevirməkdir. Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər şəhərlərdə həyata keçirilən layihələr Azərbaycan memarlığının həm müasir, həm də milli üslubda təqdimatına çevrilib. Şuşada tarixi abidələrin bərpası xüsusi diqqət mərkəzindədir – məscidlər, karvansaralar, ev-muzeyləri və qalalar orijinal üslubda bərpa olunur.

Ekspert, həmçinin nəzərə çatdırıb ki, bu gün azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin yanaşmasının sistemli olduğunu göstərir: əvvəl təhlükəsizlik və infrastruktur, ardınca mədəni irsin dirçəldilməsi. Bu, həm milli kimliyimizin, həm də dövlətçilik düşüncəmizin təcəssümüdür. Qarabağ və Şərqi Zəngəzurda tikilən hər bina, bərpa olunan hər abidə bir mesaj daşıyır; bu torpaqlar yenidən dirçəlir, xalq öz tarixini və ruhunu geri qaytarır.

“Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət, əslində, regionda yeni şəhərsalma və mədəni bərpa standartı formalaşdırır. Bu, təkcə memarlıq deyil, milli ideologiyanın da ifadəsidir. Dövlətin iradəsi, xalqın dəstəyi və planlı inkişaf strategiyası sayəsində həm paytaxtda, həm də azad edilmiş ərazilərdə “ağıllı şəhər, yaşıl şəhər” konsepsiyası gerçəyə çevrilir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın inkişaf modeli təkcə iqtisadi göstəricilərlə deyil, həm də memarlıq və mədəni kimliklə ölçülür. Bu, uğurlu, düşünülmüş və gələcəyə hesablanmış Azərbaycan modelidir”, – deyə T.İsmayılov vurğulayıb.

Əvvəlki Yazı

Kamaləddin Qafarov: Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edi

Növbəti Yazı

Xarici Kəşfiyyat Xidməti Ermənistanın Rusiyadan “qopmaq” və Ukraynaya yardım göstərmək planları barədə məlumat yayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.