Aprel 18, 2026-9:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ekspert: BMT konvensiyasının ratifikasiyası kibertəhlükəsizliyi gücləndirir

2026:04:17 - 18:00
in İQTİSADİYYAT
A A

Ölkəmizdə rəqəmsal transformasiya prosesi intensiv şəkildə davam edir və bu transformasiya fonunda kibertəhlükəsizlik məsələləri strateji prioritetlər sırasında yer alır.

Elektron hökumət (e-gov) xidmətlərinin genişlənməsi, bulud texnologiyalarının (cloud computing) tətbiqi, böyük verilənlər (Big Data) və sənaye 4.0 komponentlərinin iqtisadiyyata inteqrasiyası ilə paralel olaraq hücum səthi (attack surface) genişlənir və kiberrisklərin kompleksliyi artır. Bu kontekstdə Azərbaycanda son illər normativ-hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq hüquqi mexanizmlərə inteqrasiya istiqamətində mühüm addımlar atılıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Kibertəhlükəsizlik eksperti Lamiyə Nəcəfova deyib.

Lamiyə Nəcəfova vurğulayıb ki, bu istiqamətdə Milli Məclis tərəfindən BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ölkəmizin qlobal kibertəhlükəsizlik arxitekturasına inteqrasiyasını gücləndirən mühüm strateji qərardır. “Bu sənəd transmilli kibercinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında operativ əməkdaşlığın genişlənməsi, elektron sübutların qarşılıqlı tanınması və rəqəmsal ekspertiza sahəsində vahid standartların tətbiqi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ölkənin kibertəhlükəsizlik arxitekturasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar yalnız hüquqi akt deyil, eyni zamanda Azərbaycanın qlobal kiberməkanın təhlükəsizliyinin təmin olunmasında aktiv iştirakçıya çevrildiyini göstərən strateji addımdır.

Qeyd olunan Konvensiya informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin elektron sübutların toplanması, mühafizəsi və mübadiləsi üçün vahid hüquqi mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Bu isə xüsusilə transmilli kibercinayətkarlıq hallarında istintaq proseslərinin effektivliyini əhəmiyyətli dərəcədə artırır. Texniki baxımdan yanaşdıqda, bu sənəd rəqəmsal sübutların həyat dövrünün idarə olunması (“digital evidence lifecycle management”), sərhədlərarası məlumatlara çıxış (“cross-border data access”) və qarşılıqlı hüquqi yardım mexanizmləri (“mutual legal assistance”) kimi anlayışların praktik tətbiqini genişləndirir. Nəticə etibarilə, hüquq-mühafizə orqanları üçün rəqəmsal forensika imkanları güclənir, sübutların etibarlılığı və qəbulolunma səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılır”, – deyə ekspert bildirib.

Lamiyə Nəcəfova diqqətə çatdırıb ki, bununla yanaşı, Konvensiya kibercinayətkarlıqla mübarizədə proaktiv yanaşmanı təşviq edir. Bu isə dövlətlərin yalnız insidentlərə reaksiya verməsi ilə kifayətlənməyib, həm də qabaqlayıcı təhlükəsizlik mexanizmlərini,o cümlədən təhdid kəşfiyyatı (“threat intelligence”), erkən xəbərdarlıq sistemləri və real vaxt monitorinq infrastrukturlarını inkişaf etdirməsini zəruri edir.

Azərbaycanın bu Konvensiyanı ratifikasiya edən ilk ölkələrdən biri olması ölkənin beynəlxalq hüquqi nüfuzunu gücləndirməklə yanaşı, regional kibertəhlükəsizlik liderliyini də möhkəmləndirir. Bu addım həm də yerli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi və milli CERT/CSIRT ekosisteminin inkişafı üçün yeni imkanlar yaradır.

Ekspert qeyd edib ki, bu qərar Azərbaycanın rəqəmsal transformasiya strategiyasını təhlükəsizlik komponenti ilə balanslaşdıran mühüm institusional addımdır. Qarşıdakı mərhələdə əsas prioritet bu beynəlxalq öhdəliklərin milli səviyyədə effektiv implementasiyası, kadr potensialının gücləndirilməsi və süni intellekt əsaslı kibermüdafiə texnologiyalarının geniş tətbiqi olacaq.

 

Əvvəlki Yazı

Azərbaycan səfiri Konqo Prezidentinin andiçmə mərasimində iştirak edib

Növbəti Yazı

Bloomberg: Tramp İranla danışıqlarda iştirak edərək müqavilə imzalamağa icazə verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.