İyul 10, 2026-23:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır

2026:07:09 - 13:50
in SOSİAL
A A

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra abituriyentlər üçün ən vacib mərhələlərdən biri ixtisas seçimidir. Mütəxəssislər hesab edirlər ki, bu mərhələdə verilən qərarlar gələcək peşə fəaliyyətinə birbaşa təsir göstərdiyindən seçim zamanı yalnız topladığı bala deyil, əmək bazarının tələblərinə, şəxsi bacarıqlara və digər mühüm amillərə diqqət yetirilməlidir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, ixtisas seçimi qəbul prosesinin ən məsuliyyətli mərhələsidir və bu zaman plan yerləri, illik təhsil haqları, əmək bazarında tələbat olan ixtisaslar, eləcə də abituriyentin maraq və bacarıqları nəzərə alınmalıdır.

Onun sözlərinə görə, yalnız toplanmış bala uyğun ixtisas seçmək düzgün yanaşma hesab edilmir. Bir çox hallarda abituriyentlər məhz bu mərhələdə yanlış qərarlar qəbul edirlər: “Əmək bazarında tələb olunan və gələcək perspektiv vəd edən ixtisaslara üstünlük verilməsi daha məqsədəuyğundur. Eyni zamanda, abituriyentin fərdi bacarıqları və maraqları da seçim zamanı əsas meyarlardan biri olmalıdır. İxtisas seçimi zamanı ilk növbədə mütəxəssis rəyi alınmalıdır, peşəkar məsləhət olmadan verilən qərarlar sonradan arzuolunmaz nəticələrə səbəb ola bilər”.

Ekspert vurğulayıb ki, seçim prosesində əmək bazarının mövcud və gələcək tələbləri diqqətlə araşdırılmalı, bal imkan verdiyi halda perspektivli və gələcəyin peşələri hesab olunan ixtisaslara üstünlük verilməlidir. Bununla yanaşı, illik təhsil haqları və ailənin maliyyə imkanları da nəzərə alınmalıdır. Universitetin yerləşdiyi ərazi də seçim zamanı mühüm amillərdən biridir. Mümkün olduğu qədər yaşayış yerinə yaxın ali təhsil müəssisələrinin seçilməsi məqsədəuyğundur. Digər regionlarda yerləşən universitetlər isə yalnız bütün amillər dəyərləndirildikdən sonra nəzərdən keçirilməlidir.

“İxtisas seçimi dövründə qeyri-peşəkar məsləhətlərə etibar edilməsi ciddi problemlərə səbəb olur. Bu gün müxtəlif platformalarda özünü mütəxəssis kimi təqdim edən şəxslərin əsassız tövsiyələri həm valideynləri, həm də abituriyentləri yanlış istiqamətləndirir. Təəssüf ki, hər il 300, 500, hətta 600-dən yuxarı bal toplamasına baxmayaraq, düzgün ixtisas seçimi etmədiyi üçün ali təhsil müəssisələrinə qəbul ola bilməyən çoxsaylı abituriyentlərlə rastlaşırıq. Bunun əsas səbəblərindən biri həqiqətə uyğun olmayan məlumatlara əsaslanaraq qərar vermələridir. Abituriyent və valideynlərə tövsiyəm odur ki, yalnız rəsmi qurumların açıqlamalarına, eləcə də uzun illər bu sahədə fəaliyyət göstərən təcrübəli mütəxəssislərin təhlil və tövsiyələrinə əsaslansınlar. Bu yanaşma ixtisas seçimində yol verilə biləcək səhvlərin minimuma endirilməsinə imkan verəcək”, – deyə o vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb

Növbəti Yazı

Pərvanə Vəliyeva: Vaşinqton Sülh Sammiti Azərbaycan diplomatiyasının ən böyük uğurlarındandır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.