Avqust 20, 2026-2:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

2026:08:19 - 15:43
in İQTİSADİYYAT
A A

Okeana çıxışı olan ölkələr xarici ticarətdə daha geniş imkanlara malikdir. Çünki o ölkələr başqa ölkələrin sərhədlərindən keçmədən ümumi dünya sularından istifadə edərək məhsullarını təyinat nöqtəsinə çatdıra bilirlər.

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, daşımalarda ən ucuz nəqliyyat növü dəniz, daha sonra dəmir yolu, avtomobil və hava nəqliyyatıdır.

“Azərbaycan sahibkarlarının qeyri-neft ixrac marşrutlarına baxdıqda, əsasən MDB məkanının üstünlük təşkil etdiyini görürük. Bu istiqamətdə dəmir yolu əlaqələrinin mövcudluğu daşımaları nisbətən asanlaşdırır. Lakin digər ölkələrin bazarlarına ixrac zamanı sahibkar yüksək logistika xərcləri ilə qarşılaşır. Azərbaycanda istehsal olunan məhsulların maya dəyərinin formalaşmasında da logistika xərclərinin rolu var. Çünki bir sıra xammal və materiallar idxal olunur və onların ölkəyə gətirilməsi zamanı da logistika xərcləri yaranır. Məhsul ixrac edilərkən isə ikinci dəfə logistika xərcləri meydana çıxır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çərçivəsində atılan addım çox vacibdir. Yeni mexanizm ixrac zamanı müəyyən edilmiş şərtlər çərçivəsində logistika xərclərinin 70 faizinin dövlət tərəfindən qarşılanmasına imkan verir. Bu, dövlətin ixracı stimullaşdırması istiqamətində mühüm addımdır”, – deyə X.Kərimli bildirib.

Ekspert qeyd edib ki, yeni dəstək mexanizminin əsas nəticələrindən biri Azərbaycanın qeyri-neft-qaz məhsullarının daha rəqabətqabiliyyətli olması və yeni xarici bazarlara çıxış imkanlarının genişlənməsi ola bilər: “Əminəm ki, gələn ildən bunun təsirini daha aydın görə biləcəyik. Belə ki, logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq və nəticədə ixracda yeni bazarların ortaya çıxmasına şərait yaradacaq”.

Əvvəlki Yazı

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Növbəti Yazı

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.