İyul 9, 2026-21:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Elçinin “Şekspir” əsəri Türkiyənin Dövlət Teatrlarının repertuarına qəbul edilib

2026:07:09 - 17:23
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsəri Türkiyənin Dövlət Teatrlarının Bədii Şurasında qəbul olunub.

Bu barədə AZƏRTAC-a açıqlamasında Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova bildirib.

Əsəri Türkiyənin tanınmış teatrşünası Hilmi Zafer Şahinle birlikdə Türkiyə türkcəsinə tərcümə etdiklərini qeyd edən Məlahət Abbasova deyib: “Xalq yazıçımız Elçinin Türkiyənin Dövlət Teatrlarına təqdim etdiyimiz “Şekspir” əsəri Dövlət Teatrlarının Bədii Şurasında böyük səs çoxluğu ilə qəbul olundu. Bu, məni inanılmaz dərəcədə sevindirdi. Elçin müəllimin eyni əsərini Türkiyənin ən böyük teatrı hesab olunan, mənim doğma məkanım, İstanbul Şəhər Teatrlarında 2014-cü ildə səhnəyə qoymuşdum. “Şekspir” tamaşası 2014-2015-ci illərdə 11 mükafata layiq görülərək türk teatr tarixində rekorda imza atdı. Bu tamaşa ilə “İlin ən yaxşı rejissoru 2015” mükafatını da almışdım. Elçin müəllim yazdığı möhtəşəm əsərləri ilə mənim bir rejissor kimi qardaş ölkədə qazandığım uğurların ən böyük səbəbkarıdır deyə bilərəm. Onun əsərləri təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində oynanılır və böyük maraqla qarşılanır. Elçin müəllimin daha əvvəl İstanbul Şəhər Teatrlarında səhnələşdirdiyim “Qatil” əsəri ilə də bir çox festivalda iştirak etdik və mükafatlar aldıq. Ümumiyyətlə Türkiyənin Dövlət Teatrlarının repertuarında Elçin müəllimin “Qatil”, “Arılar arasında” və bir çox əsəri yer alır. Bu əsərlər Türkiyənin bir çox teatrlarında səhnəyə qoyulub və böyük uğurlar qazanıb”.

O, Xalq yazıçısı Elçinin ümumbəşəri əsərləri ilə Türkiyə tamaşaçılarının və oxucularının rəğbətini qazandığını bildirib, “Şekspir” pyesinin də böyük uğur qazanacağına inandığını vurğulayıb.

“Bunun üçün bizi dəstəkləyən, hər zaman Azərbaycanın yanında olan, xalqımızın da çox yaxından tanıdığı, sevdiyi Türkiyə Dövlət Teatrlarının Baş direktoru Tamer Karadağlıya sonsuz təşəkkür edirəm. Elçin müəllimin ruhu şad olsun”,- deyə rejissor bildirib.

Əvvəlki Yazı

Teatrın direktoru: Yeni mövsümdə “Kamança” pyesinin motivləri əsasında yeni tamaşa hazırlanacaq

Növbəti Yazı

PAŞA Sığorta 4 milyon manatdan çox tibbi xərcləri ödəyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.