İyul 10, 2026-1:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Elmə nur bəxş edən ömür: Görkəmli alim Zərifə Əliyeva xatirələrdə yaşayır

2026:04:27 - 17:48
in SİYASƏT
A A

Samux rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Samux Rayon İcra Hakimiyyəti, YAP Samux rayon təşkilatı və Samux Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Samux rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra görkəmli oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə alimin elmə verdiyi töhfələrdən geniş söz açılıb. Vurğulanıb ki, Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib. Akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim Zərifə Əliyevanın daim xatirələrdə yaşayacağı diqqətə çatdırılıb.

Tədbirin sonunda Samux rayonunda fəaliyyətində fərqlənən tibb işçiləri fəxri fərmanlarla təltif ediliblər.

Əvvəlki Yazı

Anar Eminov: Prezident İlham Əliyevin sülh siyasəti beynəlxalq miqyasda məsuliyyətli liderlik nümunəsi kimi qəbul olunur

Növbəti Yazı

“İşıqlı düşüncə, sağlam gələcək” – Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.