May 14, 2026-15:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Elmi seminarda Rüstəm Behrudi poeziyasında milli kimlik və folklor məsələləri təhlil edilib

2026:05:14 - 12:57
in SOSİAL
A A

AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda institutun əməkdaşları ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən IV kurs tələbələri də iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayevanın “Rüstəm Behrudi poeziyasında milli kimlik” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi bildirib ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində Azərbaycan poeziyasında müşahidə olunan canlanma həm müasir dövrün tələbləri, həm də sovet ideoloji sisteminin süqutundan sonra cəmiyyətdə baş verən düşüncə dəyişiklikləri ilə bağlıdır. Qeyd olunub ki, bolşevik rejiminin milli-mənəvi dəyərləri sıxışdırmaq cəhdlərinə baxmayaraq, xalqın minilliklər ərzində formalaşan milli yaddaşı və mədəni irsi qorunub saxlanılıb.

Xəyalə Ağayeva vurğulayıb ki, Rüstəm Behrudi yaradıcılığında folklor elementləri yalnız estetik funksiyaya malik deyil, həm də şairin poetik dünyagörüşünün əsas ideya dayaqlarından biri kimi çıxış edir. Məruzəçiyə görə, folklor-mifoloji obrazlar şairin poeziyasında milli yaddaşın, tarixi təcrübənin və milli kimliyin ifadə vasitəsinə çevrilib.

Bildirilib ki, türk mifoloji düşüncəsindən qaynaqlanan Boz qurd obrazı və kosmoqonik motivlər Rüstəm Behrudi poeziyasında milli kimlik, azadlıq və mənəvi dirçəliş ideyalarının formalaşmasında mühüm rol oynayır. Məruzəçi söyləyib ki, şair folklor qaynaqlarını müasir poetik düşüncə ilə sintez edərək Azərbaycan poeziyasında mifoloji irsin aktual interpretasiyasını yaradır.

Xəyalə Ağayeva diqqətə çatdırıb ki, Rüstəm Behrudi yaradıcılığında Vətən və milli birlik ideyası xüsusi yer tutur. Qeyd olunub ki, şairin poeziyasında Araz çayı, Təbriz və bütöv Azərbaycan obrazları tez-tez işlənir, bu isə xalqın tarixi yaddaşında yaşayan ayrılıq nisgilinin poetik ifadəsi kimi diqqəti cəlb edir.

Məruzəçi “Bütöv olmayan ürək haqqında nəğmə” şeirini təhlil edərək bildirib ki, əsərdə şairin daxili iztirabları Vətənin bütöv olmaması ideyası ilə əlaqələndirilir. Onun sözlərinə görə, Rüstəm Behrudi poeziyasında milli kimlik anlayışı yalnız etnik mənsubiyyət deyil, həm də xalqın tarixi keçmişinə, dilinə, folkloruna və mənəvi köklərinə bağlılıq kimi təqdim olunur.

Seminarda, həmçinin vurğulanıb ki, Rüstəm Behrudi yaradıcılığı Azərbaycan folklorunun mifoloji və poetik qatları ilə üzvi şəkildə bağlıdır. Bildirilib ki, şairin poeziyasında xalq mifologiyası, qədim inanclar, epik düşüncə və arxaik obrazlar müasir bədii təfəkkür kontekstində yenidən semantikləşdirilir.

Elmi seminar müzakirələrlə davam edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki Yazı

Alimlər Şəki-Zaqatala bölgəsində su ehtiyatlarının qorunması üçün yeni təkliflərlə çıxış ediblər

Növbəti Yazı

Xankəndidə sərgi: “Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.