İyul 9, 2026-2:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Elmi Tədqiqat İnstitutu: Azərbaycanda iqlim dəyişikliyi və su təhlükəsizliyi ciddi risklər yaradır

2025:09:10 - 15:52
in SOSİAL
A A
Azərbaycanda iqlim dəyişikliyi su ehtiyatlarına ciddi təsir göstərir və quraqlıqların tez-tez, daha şiddətli və uzun müddət baş verməsi su təhlükəsizliyi, kənd təsərrüfatı, enerji istehsalı və milli təhlükəsizlik üçün risklər yaradır.

“Report” xəbər verir ki, bunu Su Meliorasiya Elmi Tədqiqat İnstitutunun ekologiya şöbəsinin müdiri Günay Abbasova Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) çərçivəsində baş tutan “Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması” adlı panel müzakirələrində deyib.

G. Abbasova qeyd edib ki, son 22 ildə Azərbaycanda orta illik temperatur artıb, dağlıq ərazilərdə isə temperatur artımı daha da nəzərə çarpandır. Bu isə kənd təsərrüfatı üçün su ehtiyacını artırır və atmosferə buxarlanmanı sürətləndirir.

Onun sözlərinə görə, son illərdə güclü yağışlar 6 dəfə artıb, dolu günlərinin sayı 2-3 dəfə çoxalıb, isti hava dalğaların isə regiondan asılı olaraq 6-13 dəfə atrımı müşahidə olunub. Bu hadisələr həm su təhlükəsizliyi, həm də milli və ekoloji təhlükəsizlik üçün risklər yaradır:

“İqlim dəyişikliklərinin regional təzahürləri fonunda su ehtiyatlarının idarə olunmasında yeni yanaşmaların tətbiqini  zəruri edir. Yeni yanaşmalar idarəetmə, maliyyə, texnologiya, təbiətə əsaslanan həllər və elmi sahələri əhatə edir. Risk əsaslı və inteqrasiya olunmuş su idarəçiliyi bu prosesdə mühüm yer tutur”.

O əlavə edib ki, Cənubi Qafqaz iqlim dəyişikliyinə həssas bir regiondur və burada temperatur artımı, quraqlıq və suya tələbatın artması gözlənilir:

“Buna görə region ölkələri arasında transsərhəd əməkdaşlıq və inteqrasiya olunmuş su resurslarının idarə olunması xüsusilə önəmlidir”.

Əvvəlki Yazı

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşüb

Növbəti Yazı

AQEM və QHGT gənclərin potensialının üzə çıxarılması üçün platformalar yaradır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.