Avqust 15, 2026-23:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Elnur Məmmədov Peruya səfər edib

2025:09:05 - 10:38
in SİYASƏT
A A
3-4 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru Respublikasında səfərdə olub.

XİN-dən APA-ya verilən xəbərə görə, səfər zamanı Lima şəhərində Azərbaycan Respublikası və Peru Respublikası Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Peru tərəfindən isə xarici işlər nazirinin müavini Feliks Deneqri Boza başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, bəhs edilən sahələrdə müqavilə-hüquq bazasının yaradılmasının əhəmiyyəti vurğulanıb.

Müvafiq təqdimatlar vasitəsilə hər iki ölkədə mövcud iqtisadi-ticarət imkanları barədə məlumat verilərək, birgə təşəbbüslərin təşviqinə qarşılıqlı dəstək ifadə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Peru Respublikası Konqresinin sədri, Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xose Enrike Xeri ilə görüşüb. Görüşdə parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, Perunun xarici işlər naziri Elmer Şialer Salsedo ilə keçirilmiş görüşdə qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına ölkəsinin marağını ifadə edərək, ilk siyasi məsləhətləşmələrin əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Perunun aparıcı “La Razon” qəzetinin müxbiri, Peru Jurnalistlər İttifaqının sədr müavini Rikardo Sançes Serraya, eləcə də bu ölkənin rəsmi media qurumları olan “El Peruano” qəzeti və “Andina” dövlət informasiya agentliyinə müsahibə verib.
Bununla yanaşı, E.Məmmədov Amerika qitəsinin qədim ali təhsil müəssisəsi olan Perunun “San Markos” milli dövlət universitetində mühazirə oxuyub. Mühazirə zamanı Azərbaycanın xarici siyasət prioritetləri haqqında ətraflı təqdimat edilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki Yazı

Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib

Növbəti Yazı

XRİTDX: “Sandbox” mühafizə sistemi vasitəsilə 61,482 zərərverici tərkibli elektron sənəd blok edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.