Abşeron yarımadası və Xəzər sahili, Quba, Xaçmaz, Naxçıvan, cənub zonası 9, digər rayonlar isə 8 ballıq seysmik aktiv ərazi kimi qəbul edilir. Seysmik ərazilərdə bina və qurğuların inşası üçün şəhərsalma və tikintiyə dair zəruri normativ sənədlərin tələbləri rəhbər tutulur. Binaların seysmik təsirlərə dayanıqlıq dərəcəsinin artırılması məqsədilə müvafiq seysmik normalara dəyişiklik edilərək, beynəlxalq tələblərə uyğunlaşdırılıb.
Bunu AZƏRTAC-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəis müavini Elxan Əsədov deyib.
Elxan Əsədov tikinti ilə əlaqəli razılaşdırma prosedurlarının icrası zamanı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə qarşılıqlı əlaqə mexanizminin mövcud olduğunu, seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması istiqamətində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə işlərin aparıldığını vurğulayıb.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəis müavini Elxan Əsədovun AZƏRTAC-a açıqlaması ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
