İyun 28, 2026-23:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələr son oxunuşda qəbul edilib

2026:02:20 - 12:07
in İQTİSADİYYAT
A A

Milli Məclis emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələri son oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, bununla bağlı Gömrük və İnzibati Xətalar Məcəllələrinə, o cümlədən “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Layihəyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək cərimə ediləcəklər.

Sənədə əsasən, eyni inzibati xəta üzrə vəzifəli şəxslər üçün 1 000 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər üçün isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə müəyyən edilir.

Bundan başqa həmin qanuna təklif edilən dəyişikliklərə əsasən, Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.

Layihəyə əsasən, qanunvericiliyə “emal edilməmiş almazlar” anlayışı əlavə edilir. Bu, müvafiq olaraq “işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin nomenklaturasının kodları mal üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar” – şəklində təsnif edilir.

Təklif edilən dəyişikliyə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Layihədə vurğulanıb ki, qanun qəbul edildikdən sonra “Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları təsdiq ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb

Növbəti Yazı

Hafiz Quliyev: Arif Babayev tələbələrinə böyük irs qoyub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.