“Report” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 12 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
