İyun 10, 2026-22:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Emin Əmrullayev: Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir

2026:06:10 - 17:40
in SOSİAL
A A
Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, hazırda uşaqlar təhsil prosesində sosial mediadan və müxtəlif rəqəmsal vasitələrdən daha çox istifadə edirlər:

“Uşaqları elektron formatlardan uzaq tutsaq, cəmiyyət olaraq inkişaf edə bilməyəcəyik. Uşaqları məcburi şəkildə ənənəvi üsula qaytara bilmərik. Məsələn, uşağın diqqətini ənənəvi dərslikdən daha çox maraqlı və cəlbedici video məzmunun cəlb etməsi təbii haldır. Bu da uşaqların informasiya qəbul etmə üsullarının dəyişdiyini göstərir. Bu gün uşaqların 50 %-i sosial media ilə informasiya əldə edir. Onları sosial media platformaları, eləcə də elektron formatlardan uzaq tutmaq əvəzinə, bunu tənzimləməyi bacarmaq lazımdır. Dövlət bu sahəni tənzimləməyə çalışır və çalışmalıdır da. Çünki burada əsas məsələ düzgün və effektiv tənzimləmənin təmin edilməsidir”.

Nazir bildirib ki, Azərbaycanda valideynlərin böyük qismi uşaqlarla evdə vaxt keçirə bilmir:

“Bu da uşaqların inkişafına qaçılmaz şəkildə təsir edir. Çünki orta statistik məlumatlar da evdə valideynin müxtəlif oyunlar oynadığı, yatanda nağıl oxuduğu uşaqların məktəbdə oxuma və anlama, riyazi biliklərinin yüksək olduğunu göstərir. Ona görə də əsas məqsəd bu reallığı inkar etmək deyil, onu düzgün qiymətləndirmək və idarə etmək olmalıdır. Növbəti illərdə və onilliklərdə uşaqların rəqəmsal və elektron öyrənmə imkanları əvvəlki nəsillərlə müqayisədə daha da genişlənəcək. Bu tendensiyanı nəzərə almadan və ona uyğun siyasətlər formalaşdırmadan uğurlu nəticələr əldə etmək mümkün olmayacaq”.

Əvvəlki Yazı

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Növbəti Yazı

Fidan Türkiyənin Avropa Birliyinə üzvlüyünü strateji prioritet adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.