İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət yalnız ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxması səbəbindən yaranıb. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaları ləğv edən 2231 saylı qətnamənin uzadılmasını nəzərdə tutan Çin-Rusiya qətnamə layihəsinə səsvermədən sonra çıxışında deyib.
“Mövcud vəziyyət ABŞ-ın JCPOA-dan çıxması nəticəsində yaranıb. ABŞ əvvəldən diplomatiyaya xəyanət etdi. Aİ3 də öz növbəsində snapback (BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpası mexanizmi ) aktivləşdirərək bütün diplomatik səyləri basdırdı” deyib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Rusiya və Çin tərəfindən təklif edilən və İranın nüvə proqramına dair JCPOA-ya dəstək olaraq qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini altı ay müddətinə uzadılmasını nəzərdə tutan qətnamə layihəsini rədd etmişdi. (Tass)
