İsrailin İranın sənaye və enerji infrastruktur obyektlərinə son hücumları ABŞ prezidenti Donald Trampın bu hədəflərə zərbələri 10 gün müddətinə dayandırmaq barədə verdiyi açıqlamalarla ziddiyyət təşkil edir. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran İsrailin hərəkətlərinə görə “ağır qiymət” tələb edəcək.
İranın xarici işlər naziri özünün X səhifəsində yazıb: “İsrail İranın ən böyük iki polad zavoduna, bir elektrik stansiyasına və mülki nüvə enerjisi obyektlərinə hücum edərək, hərəkətlərini ABŞ ilə əlaqələndirdiyini iddia edib. Bu, ABŞ prezidentinin diplomatiya üçün son tarixin uzadılması ilə bağlı açıqlamalarına kökündən ziddir və biz İsrailin cinayətlərinə görə yüksək qiymət tələb edəcəyik”.
