Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxış edərək daha çox ölkəni Fələstin dövlətini tanımağa çağırıb.
“Mən Fələstin Dövlətini tanıdığını bəyan edən bütün ölkələrə təşəkkür edirəm. Hələlik bu qərarı qəbul etməyən dövlətləri dərhal bunu etməyə çağırıram. BMT-nin Nizamnaməsində qeyd olunduğu kimi, məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır”, – o, ümumi siyasi debatda çıxış edərkən deyib.
“Bəli, BMT-nin 80-ci ildönümünü bu salonda qeyd edərkən, dünyanın bir çox yerində nizamnamənin ilk sözlərinə kölgə salacaq ciddi hadisələr baş verir. Xüsusilə Qəzzada 700 gündən artıqdır ki, soyqırım gözümüzün önündə davam edir. Hələ indi, biz bu toplantıda oturduğumuz halda, Qəzzada dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi davam edir”, – Ərdoğan qeyd edib. (Tass)
