Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasından bildirib ki, hazırkı münaqişə başlayandan İsrail qüvvələri Qəzza zolağında 250 jurnalisti qəsdən öldürüb.
“Qəzzada baş verən soyqırım media və sosial media vasitəsilə hər saniyə canlı yayımlanır. İsrail Qəzzada milli və beynəlxalq media üçün çalışan 250 jurnalisti qəsdən öldürüb. Qəzzada baş verənlər iki tərəfin qarşıdurması deyil. Bu işğal və kütləvi qətl siyasətinin həyata keçirilməsidir”, – o, siyasi müzakirələrdə çıxış edib. (Tass)
