Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, NATO üzvü olan Aİ ölkələri müdafiə təşəbbüslərinin həyata keçirilməsində Ankara ilə əməkdaşlıq etməlidirlər, əks halda onlar kifayət qədər təsirli olmayacaq.
“Avropa ölkələrinin müdafiə təşəbbüsləri NATO-nu tamamlamalı və bu sahədə lazımsız təkrarlanmalardan qaçınmalıdır. Mən müttəfiqlərimizin və Avropa Birliyi rəhbərliyinin diqqətini daim bu vacib fakta yönəldirəm. Həqiqət budur ki, Türkiyə kimi AB-yə üzv olmayan müttəfiqlər blokun müdafiə təşəbbüslərində tam iştirak etməsələr, onların effektivliyi çox məhdud olacaq”, – deyə o, Ankarada keçirilən NATO sammitindən sonra bildirib.
O qeyd edib ki, Türkiyə “NATO-da ikinci ən böyük quru ordusuna malikdir və müxtəlif vəzifələri uğurla həll etməyə qadirdir”. “Biz həmçinin NATO-nun fəaliyyətinə və alyansın missiyalarına çox əhəmiyyətli töhfə veririk. Lakin müdafiə məhsulları ticarətində [NATO müttəfiqləri arasında] bəzi maneələr aradan qaldırılsa da, məhdudiyyətlər hələ də qalmaqdadır. Onlar qeyd-şərtsiz və dərhal aradan qaldırılmalıdır”, – deyə Ərdoğan bildirib. (Tass)
