Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Rusiya, Türkiyə və Çin arasında müttəfiqlik ideyasını hələ tam nəzərdən keçirmədiyini, lakin hər şeyin yaxşılığa doğru getməsini arzuladığını bildirib.
“Düzünü desəm, mən bu məsələni tam izləməmişəm, amma qoy olduğu kimi olsun” , Türkiyə lideri jurnalistlərlə söhbətində deyib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da ABŞ və İsrailin də daxil olduğu “şər koalisiyasına” qarşı çıxmaq üçün Türkiyə, Rusiya və Çin arasında strateji ittifaq yaratmağı təklif edib. (İzvestia)
