Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən NATO sammitindən sonra Litva Prezidenti Gitanas Nausedaya hədiyyə etdiyi tapança Vilnüsdəki Prezident Sarayında nümayiş etdiriləcək. Bu barədə Baltikyanı respublika rəhbərinin ofisi məlumat verib.
LRT milli radiosunun açıqlamasında deyilir: “Türkiyə prezidentinin bu hədiyyəsinin, dövlət başçısına təqdim edilən bir çox hədiyyələr kimi, prezident sarayında nümayiş etdirilməsi planlaşdırılır”.
“Politico” əvvəllər Türkiyə prezidentinin NATO sammitindən sonra vida hədiyyəsi olaraq Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə, Avropa Şurasının prezidenti António Costaya və Aİ liderlərinə həkk olunmuş tapançalar və döyüş sursatları hədiyyə etdiyini bildirmişdi. (Tass)
