Macarıstanın Aİ Şurasına sədrliyi çərçivəsində noyabrda Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın genişləndirilməsi üzrə addım-addım plan təsdiqlənəcək. Bu barədə “Facebook” sosial şəbəkəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Aİ və Ermənistan arasında viza rejiminin sadələşdirilməsi üzrə dialoq dünən başlayıb. Bundan əlavə, noyabrda sədrliyimiz zamanı biz Aİ-Ermənistan tərəfdaşlıq cədvəlini təsdiq edəcəyik”, – Szijarto qeyd edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvan faktiki olaraq Aİ ilə gündəmini genişləndirir. O, əlavə edib ki, “ölkədə Aİ-yə üzv olmaq imkanları ilə bağlı müzakirələr davam edir”. (Tass)
Aİ Şurasına sədrlik iyulun 1-dən altı ay müddətinə Macarıstana keçib.
